Vaksinlərin saxlanılması üçün alınan avadanlıqların sayı açıqlandı

Xəbər - Fərid Zöhrabov – Trend:

COVID-19 infeksiyasına qarşı vaksinasiya kampaniyasına hazırlıq
mərhələsində vaksin preparatlarının saxlanılması üçün “soyuq
zəncir” sistemi genişləndirilib, peyvənd məntəqələri təşkil
olunub

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün
hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, vaksinatorlar üçün hazırlıq təlimləri
həyata keçirilib. “Soyuq zəncir” sisteminin gücləndirilməsi üçün
əlavə olaraq 105 ədəd +2-80C-li, 20 ədəd-200C-li və 10 ədəd
-860C-li soyuducu avadanlıq alınıb.

Vaksinasiya tədbirlərinin aparılması məqsədilə Bakı şəhərində
70-ə yaxın stasionar peyvənd məntəqəsi təşkil olunub.

Teqlər: