Xəbər - Elçin Mehdiyev – Trend:
Vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır.
Bunu AzerTimes-a Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Ş.Həsənli bildirib ki, vaksinlərin tərkibində elə bir maddə yoxdur: “Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.