Vaksinlər koronavirusun yeni variantına qarşı effektivdir – İnfeksionist

Xəbər - Çingiz Səfərli – Trend:

Koronavirus əleyhinə olan vaksinlər “Delta” ştammının yeni yaranan “AY.4.2” subvariantına qarşı effektivdir.

Bunu AzerTimes-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. Onun sözlərinə görə, hazırda “AY.4.2” rəsmi qeydiyyata keçməyib.

“”AY.4.2″nin “Delta”dan 15 dəfə daha yoluxucu olduğu müəyyən edilib. Bununla yanaşı daha ölümcül deyil. “Delta”nın özü isə orjinal COVID-19-dan bir neçə dəfə daha yoluxucudur. Bu vaxta qədər yeni varianta cəmi 6 yoluxma halı aşkarlanıb”.


Qeyd edək ki, dünya miqyasında 4,9 milyon insanın həyatını itirməsinə səbəb olan koronavirus pandemiyasında ortaya çıxan yeni variantlar narahatlıq yaratmağa davam edir. Böyük Britaniya alimlərinin aşkarladığı “AY.4.2” həmçinin ABŞ və İsraildə də müəyyən edilib.

Twitter: @cingizsafarli

Teqlər: