Xəbər - İlhamə İsabalayeva – Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli COVİD-19 virusuna qarşı peyvənd olunub.
Bu barədə AzerTimes-a İ.Həbibbəyli məlumat verib.
Akademik fevralın 16-da vaksinin birinci dozasının vurulduğunu söyləyib:
“Vaksindən sonra heç bir narahatlığım yaranmayıb. Özümü çox yaxşı hiss edirəm”.
İ.Həbibbəyli AMEA-nın digər işçilərinə də vaksinasiya olunmağı tövsiyə edib.