Vaksinasiya üçün yaş həddinin azaldılması barədə düşünməliyik – Musa Quliyev

Xəbər - Elçin Mehdiyev – Trend:

Vaksinasiya üçün yaş həddinin azaldılması barədə düşünməliyik. Hazırda koronavirusla mübarizənin ən səmərəli yolu vaksinasiyadır. Peyvəndləmə nə qədər çox kütləni əhatə etsə, bir o qədər də təhlükə azalar.

Bunu AzerTimes-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, xüsusilə də Delta ştammı artıq uşaqlara və yeniyetmələrə də yoluxur:

“Bunu nəzərə almaq lazımdır və gələcəkdə lazım gələrsə, vaksinasiya üçün yaş həddini aşağı salmağı da düşünməliyik. Üzü payıza doğru havaların soyuyacağını nəzərə alaraq, hesab edirəm ki, sentyabrın ikinci yarısından sonra açıq havada maska rejiminə keçmək zərurəti də yarana bilər.


Ancaq bu, bizim hər birimizdən, vətəndaş məsuliyyətindən asılıdır. Hətta vaksin olunan insanlar belə qoruyucu tədbirlərdən istifadə etməlidir”.

Twitter: @ElchinMehdiyev

Teqlər: