Xəbər - Elçin Mehdiyev – Trend:
Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, infeksiya ilə mübarizədə bir o qədər müsbət nəticə əldə edə bilərik.
Nəzərə almaq lazımdır ki, COVID-19-la mübarizədə təkcə peyvəndləmə kifayət deyil. Bütün dünya başa düşür ki, yalnız peyvəndlə xəstəlikdən xilas olmaq mümkün deyil. Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək çox vacibdir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeyd edib ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənənlərin sayında müşahidə edilən artım sevindiricidir.
ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda koronavirus əleyhinə peyvəndləməyə ilk başlayan ölkələrdəndir.
Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda əhalinin təxminən 30 faizi iki doza peyvənd qəbul edib.
Twitter: @ElchinMehdiyev