Vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir – TƏBİB

Ölkə üzrə COVID-19 əleyhinə vaksinasiya məntəqələrinin sayı
kifayət qədərdir.

AzerTimes-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.

O bildirib ki, regionlarda da bu proses əhalinin sayına görə
tənzimlənir.

“Məqsədimiz əhalinin daha sürətli vaksinasiya olunmasıdır.
Peyvəndlərin saxlanma şəraiti ilə bağlı bu zamana qədər hər hansı
bir problem yaşanmayıb” – deyə o əlavə edib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə bildirib ki,
peyvənd məntəqələrində kifayət qədər soyuducular və digər
avandanlıqların verilməsi zəruridir.

Teqlər: