Vaksinasiya koronavirusun faciəvi fəsadlarının aradan qaldırılması yolunda vacib vasitələrdən biridir – ÜST (Müsahibə)

Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:

Təhlükəsiz və səmərəli vaksinlərin əlçatanlığı COVID-19 pandemiyası ilə mübarizə kontekstində böyük addımdır.

Bunu AzerTimes-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional müşaviri Siddharta Datta deyib.

O qeyd edib ki, çoxlu növdə və həcmdə vaksinlərin peyda olması ilə insanları pandemiyaya son qoymaq imkanları da çoxalacaq:

“Ən birinci məqsəd cari vaksin dozaları tədarükünün koronavirusdan ağır müalicənin və ölümlülüyün azalmasına maksimal təsirindən əmin olmaqdır”.

Müşavir bildirib ki, planetin bütün əhalisinin COVID-19-a qarşı peyvəndlənməsi məqsədilə lazımı qədər vaksin istehsalına vaxt lazım olacaq, ona görə də hər kəs şəxsi gigiyena qaydalarına əməl etməlidir.

Kütləvi peyvəndləmənin müsbət və mənfilərindən danışan S.Datta vurğulayıb ki, vaksinasiya pandemiyanın fəsadlarının azaldılması və nəticədə bitirilməsi yolunda vacib vasitələrdən biridir:

“ÜST-ün Avropa regionunun ölkələri qızılca, məxmərək, poliomielit kimi xəstəliklərə qarşı müxtəlif yaş qruplarının peyvəndlənməsini keçirib. Ona görə də vaksinasiya metodu xəstəliklərin aradan qaldırılmasında və nəzarət olunmasında səmərəliliyini göstərib”.


S.Datta qeyd edib ki, ÜST zəruri hallarda ölkələrin səhiyyə orqanlarına texniki kömək göstərir:

“Bu kömək siyasi dialoqu, tərəfdaşlarla əməkdaşlığı və resursların səfərbərliyini, faktiki məlumatlara və entik dəyərlərə əsaslanan milli vaksinasiya strategiyasının hazırlanmasına dəstəyi əhatə edir. ÜST, həmçinin vaksinlərin əldə olunmasına xidmət edən hüquqi və normativ bazanın yaradılmasını təmin edir, immunlaşdırma xidmətlərinin təqdim olunması şərtlərinin yaradılmasını dəstəkləyir”.

Hər kəsi dərhal peyvəndləmənin mümkünsüzlüyünü vurğulayan S.Datta qeyd edib ki, ayrı-ayrı təbəqələrə prioritet verilməsi strategiyası vacib əhəmiyyət daşıyır:

“Bu, COVID-19 xəstələrini müalicə edən tibb işçiləri, xəstəliyin ağır gedişatına məruz qalan yaşlı insanlar kimi daha çox riskə məruz qalan şəxslərə, ilk növbədə diqqət ayrılmasını nəzərdə tutur”.

ÜST müşaviri əlavə edib ki, bu baxımdan təşkilatı ölkə hökumətlərinə müstəqil ekspertlərin dəstəyi ilə hazırlanmış ətraflı təlimatlar təqdim edir, amma ilk növbədə kimlərin peyvəndlənəcəyi barədə yekun qərar ayrı-ayrı ölkələr tərəfindən qəbul edilir.

Teqlər: