Xəbər - Humay Ağacanova – Trend:
Sutkalıq yoluxma sayının çox olmasına baxmayaraq, ölkədə heç bir qapanmalara gedilmir. Bu da vaksinasiya göstəricisinin yüksək olması ilə əlaqəlidir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, iki doza peyvənd alanların sayı kifayət qədər yüksəkdir. Onların çox hissəsində yan təsirlər müşahidə olunmayıb.
“Həmin yüksək qoruyuculuğu davam etdirmək istəyənlər “buster” dozanı qəbul etməklə həyatlarını sığortalamış olacaqlar. Növbəti dozaların aralarındakı fərq 6 ay və ya ildə bir dəfə vurulması epidemioloji vəziyyətdən asılı olacaq. Pandemiya bitsə, peyvəndlərin vurulması bir ildən-bir ola bilər”, – deyə o əlavə edib.