Xəbər - Çingiz Səfərli – Trend:
Vaksinasiya epidemiyanı dayandırmağın yeganə yoludur.
AzerTimes xəbər verir ki, bunu 38 saylı şəhər poliklinikasının həkim-infeksionisti Nigar Əliyeva vətəndaşlara müraciətində deyib. O bildirib ki, bütün səhiyyə işçiləri və səhiyyə qurumları COVID-19 ilə mübarizəyə davam edir:
“Bizə müraciət edən bütün xəstələrimizə peyvənd olunmalarını söyləyirik. Peyvənd edildikdən sonra xəstəlik və ölüm nisbətləri azalıb. Vaksin olunanların sayı artdıqca eyni zamanda bunun üçün xəstəxana və reanimasiya şöbələrinə qəbul nisbəti də aşağı düşüb. Vaksinasiyasız bu xəstəlik bitməyəcək. Səhiyyə işçiləri çox yorulublar. Vətəndaşlarımız bizə dəstək olmaq istəyirsə, peyvənd olunsunlar və mütləq deyilən tədbirlərə əməl etsinlər”.
Twitter:@cingizsafarli