Xəbər - İlhamə İsabalayeva-Trend:
Ümumdünya Səhiyyə Təşkilatı 18 yaşadək uşaqlara COVİD-19-a qarşı vaksinin vurulmasını tövsiyə etmir. Lakin uşaqlar və hamilələr üzərində aparılan təcrübəyə əsasən, uşaqlar üçün də bu vaksini tətbiq etmək olar.
Bunu AzerTimes-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, uşaqların vaksin edilməsi təqdirəlayiqdir. Çünki virusa qarşı qabaqlayıcı tədbirin aparılması üçün bütün yaş qrupları vaksinasiya olunmalıdır.
V.Əliyev bunu da qeyd edib ki, COVİD-19-a qarşı vaksinasiyadan əvvəl insanların testdən keçməsinə ehtiyac görülmür:
“Bununla bağlı məcburiyyət yoxdur, ancaq şəxs özü istəyərsə, testdən keçə bilər. Daha əvvəl virusa yoluxub orqanizmində antitelin yaranması da vaksinasiya üçün əks-göstəriş deyil”.