Vaksinasiya Almaniyada 38 min ölümün qarşısını alıb – Hesabat

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyada koronavirusa qarşı vaksinasiya kampaniyası 38 min ölüm halının qarşısını alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Almaniyanın Robert Kox İnstitutunun hesbatında deyilir.

Qeyd olunur ki, vaksinasiyanın davam etdiyi 7 aya yaxın müddət ərzində 700 min yoluxmanın da qarşısı alınıb.


Bugünədək Almaniyada 3,7 milyon yoluxma qeydə alınıb, 91 min nəfər vəfat edib.

Ölkədə əhalinin 53 faizi koronavirusa qarşı tam vaksinlənib.