Vaksin olunmayan tələbələrə güzəşt olunacaq? – Rəsmi AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Tələbə əgər peyvənd olunmayıbsa, güzəşti yoxdursa, belə tələbələrlə fərdi işləməliyik və öyrənməliyik ki, bunu niyə etmir.

AzerTimes xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, belə hallarda tələbəni tədrisə cəlb etmək üçün distant təhsil, akademik məzuniyyət və müxtəlif variantlar var:

“Biz bunu ali təhsil müəssisələri ilə müzakirə edirik. Tələbələrin təhsil alma hüququnu tanıyırıq. Amma aşağı yaş qrupunda vaksin olunmaqda problem görmürük. Yaxın günlərdə biz bunu müzakirə edib ictimaiyyətə ətraflı məlumat verəcəyik. Hazırda vaksin olunmağı ciddi şəkildə tövsiyə edirik. Əsaslı səbəb yoxdursa, vaksin olunmaq lazımdır”.

Twitter:@cingizsafarli

Teqlər: