Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir – TƏBİB

Xəbər - Samir Əli – Trend:

Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir.

AzerTimes-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəsetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, vaksin olunan nahiyəyə su dəyməyin fəsadlara yol açması ilə bağlı deyilənlər yanlışdır: “Bunlar elmi sübutu olmayan mülahizələr, tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. Vaksin olunmuş şəxs ilk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşaya bilər. Bu da təbiidir”.


Teqlər: