Rusiyanın “Lukoyl” şirkətinin keçmiş prezidenti Vahid Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzerTimes xəbər verir ki, məktubda qeyd olunur:
“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz Sizin bütün təşəbbüslərinizin əsasında hər şeydən əvvəl ümumbəşəri dəyərləri əsas götürən, ölkəni dinamik inkişaf və tərəqqi yolu ilə inamla irəli aparan tərəqqipərvər və təcrübəli rəhbər kimi xalqın etimadını qazandığınızı təsdiq edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, dost Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzulayıram”.