Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 500-dək şəxs müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a bildirilib ki, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsəd şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələr üzrə 7 quruma aid 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsidir. Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 61 müraciət;

Müdafiə Nazirliyi üzrə 265 müraciət;

Səhiyyə Nazirliyi üzrə 16 müraciət;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 33 müraciət;

Yerli icra hakimiyyəti orqanları üzrə 38 müraciət;

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 13 müraciət;

Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 70 müraciət.

Aidiyyəti qurumların nümayəndələri tərəfindən müraciətlər qəbul edilərək, əlaqələndirilmiş şəkildə baxılmaqla operativ qaydada xidmətlər göstərilib.

Vahid əlaqələndirmə mərkəzləri:

Yasamal,Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),

Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),

Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.),

Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.

Teqlər: