Vahid əlaqələndirmə mərkəzlərində 32 700 şəxsə xidmət göstərilib

142 Çağrı mərkəzi tərəfindən isə həmin
mərkəzlərə aid məsələlər üzrə

89 300 vətəndaş müraciəti
cavablandırılıb

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə
yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid
ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 32 729 şəxsə
xidmətlər göstərilib.

142 Çağrı mərkəzi tərəfindən isə həmin mərkəzlərə aid məsələlər
üzrə 89 334 vətəndaş müraciəti cavablandırılıb.

Ötən ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində və
Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki filiallarında 50-yə
yaxın şəhər və rayonu əhatə edən üzrə vahid əlaqələndirmə
mərkəzləri açılıb.

Bu mərkəzlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil
olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir
pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi
əsasında göstərilir.

Həmçinin, 142 Çağrı mərkəzi vasitəsilə və səyyar formada da
xidmətlər həyata keçirilir.

Teqlər: