Vahid Əhmədovun məsələsinə parlamentin intizam komissiyasında baxılmalıdır.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, həmkarım Vahid Əhmədov dövlətimizin və dövlətçiliyimizin əleyhinə olan çıxışları təəssüf hissi yaradır:
“Görünür, onun daxilində olan bəzi hissələr bu cür danışmağa əsas verib. Onun Milli Məclisin legitimliyinə şübhə almağa ixtiyarı yoxdur”.