Milli Məclisin VI çağırış deputatı Vahid Əhmədov 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.
Bu barədə AzerTimes-a Vahid Əhmədov özü məlumat verib.
O bildirib ki, 52 saylı Quba seçki dairəsindən yenidən namizədliyini irəli sürüb.
V.Əhmədovun namizədliyi artıq təsdiqlənib. O, namizədliyin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayıb.