Rusiya millisinin keçmiş futbolçusu Vadim Yevseyev Həştərxanda silahla hücuma məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə idman şərhçisi Denis Kazanski məlumat yayıb.
Kazanski Vadim Yevseyevə soyuq silahla – bıçaqla hücum olduğunu bildirib, idmançı yüngül xəsarət alıb.
Qeyd edək ki, Vadim Yevseyev Rusiya 2-ci Liqasının A divizionunda “Leninqradets”in baş məşqçisidir, daha əvvəl isə “Kuban”, “Fakel”, “Şinnik”, “Ufa” və “Ska Xabarovsk” klublarında çalışıb.