Vacib xəbərdarlıq: Bu şəxslərə oruc tutmaq olmaz!

Vacib xəbərdarlıq: Bu şəxslərə oruc tutmaq olmaz!

Ramazan ayında oruc tutmaq istəyən ürək-damar sistemi xəstələrinin kardioloqları ilə məsləhətləşmələri tövsiyə olunur.

AzerTimes xəbər verir ki, bunu Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova deyib.

Həkim bildirib ki, orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsakda düzgün qidalanmalı və yetərli maye qəbuluna mütləq diqqət edilməlidir.

“Hansı ürək-damar xəstəlikləri olan insanlara oruc tutmaq tövsiyə olunmur” sualını cavablandıran həkimin sözlərinə görə, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davamlı şikayətləri olanlar oruc tutmamalıdırlar:

“Eyni zamanda, inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son altı ayda infarkt keçirən, ürək xəstəliyi səbəbilə sinə ağrısı olan, son altı ayda balon, stent va ya “bypass” əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar”.

Teqlər: