Vaan Kerobyan yenidən saxlanıldı

Vaan Kerobyan yenidən saxlanıldı

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan yenidən saxlanılıb.

AzerTimes xəbər verir ki, bunu onun qardaşı Avetik Kerobyan bildirib.

O, evində aparılan axtarışdan sonra saxlanılıb və bunun səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində nazirə və İqtisadiyyat Nazirliyinin bir sıra əməkdaşlarına qarşı cinayət işləri açılıb. Onlar intensiv bağçılıq proqramının həyata keçirilməsi zamanı vəsaitin mənimsənilməsində, həmçinin tenderdə iştirak edən şirkətlərə maneələr yaratmaqda ittiham olunublar. V.Kerobyan bu iş üzrə barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin qeyri-qanuni olması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. O, bir neçə ay ev dustaqlığında olub və 2024-cü ilin iyun ayında azadlığa buraxılıb.

Teqlər: