Uzunmüddətli həll yolu Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı danışıqlara başlamaqdır
AzerTimes-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.
Rusiya XİN rəsmisi bildirib: “Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq”.
Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin birgə həmsədrliyi altında üçtərəfli işçi qrupun fəaliyyətinin bərpasına toxunan M.Zaxarova qeyd edib ki, tərəflər Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirəsinə qayıtmağı bacardılar: “Bizim fikrimizcə, bu bölgənin əhəmiyyətli iqtisadi potensialının açılmasını asanlaşdırmaq məqsədi daşıyır”.