Razılaşma aydın şəkildə göstərir ki, ABŞ Ukraynanın bu müharibədə qələbə qazanmaq səylərini dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-Ukrayna təhlükəsizlik sazişini dəyərləndirərkən bildirib.
“Müqavilə özündə F-16-lar da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq “Patriot” və döyüş təyyarələri eskadrilyaları kimi qabaqcıl müdafiə sistemləri üçün müddəaları ehtiva edir. Bunun üçün uzun müddət çalışdıq və nail olduq”, – Zelenski qeyd edib.