Uzun illər baxımsız qalıb paslanan, şanlı ordumuz tərəfindən azadlığa qovuşan Cəbrayıl lövhəsi (FOTO)

Xəbər - Ceyhun ələkbərov -Trend:

“Cəbrayıla xoş gəlmişsiniz” – Bu lövhə insanları Cəbrayıla gələn zaman qarşılayır. Üzərində taxıl və üzüm salxımı olan lövhə, bu ərazinin necə zəngin təbiətə malik olduğunun rəmzidir.

AzerTimes-ın məlumatına görə, sözügedən lövhə Cəbrayıl rayonunun girişində, Cocuq mərcalı kəndinin yaxınlığında yerləşir. Uzun illər idi düşmən löhvənin yerləşdiyi əraziyə nəzarət etdiyi üçün, insanlar həmin yerə gedə bilmirdi.

Azərbaycan xalqı uzun illərdən sonra Cəbrayıl lövhəsini 2016-cı ilin aprel döyüşlərindən sonra gördü. Belə ki, Cocuq Mərcanlı azadlığa qovuşandan sonra əsgərlərimiz “Xoş gəlmişsiniz” lövhəsinə bayraq sancmağı da bacarmışdılar.

Nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun başladığı uğurlu əks hücum əməliyyatından sonra işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. 44 gün ərzində bir addım belə geri çəkilməyən Ordumuz Cəbrayıl rayonunu da düşmən taptağından azad etdi.

Hazırda Azərbaycan Ordusunun nəzarəti altında olan şəhər və rayonlarda yeidənqurma işləri aparırlır. Bu işlər çərçivəsində “Cəbrayıla xoş gəlmişsiniz” lövhəsi də bərpa edilib. Ölkə başçısı Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəlib.

Dövlət başçısı bildirib ki, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik.

Teqlər: