Sinqapurda keçirilməsi planlaşdırılan üzgüçülük üzrə Dünya kuboku ləğv olunub.
Buna koronavirus pandemiyasının yaratdığı qadağalar və məhdudiyyətlər səbəb olub.
Qurumun yaydığı açıqlamada bildirilib ki, qərar Beynəlxalq Üzgüçülük Federsiyası (FINA) ilə məsləhətləşmədən sonra qəbul olunub:
“Yarışa 6 000-dən çox tamaşaçı və fərqli ölkələrdən 200-ə yaxın üzgüçü qatılır. Pandemiya ilə bağlı hazırkı vəziyyət kütləvi tədbirləri qadağan edir və səyahətlərə məhdudiyyət qoyur. Ona görə də yarışın bu il keçirilməsi mümkünsüzdür. Əsas prioritet insanların sağlamlığıdır”.
Qeyd edək ki, yarış 4 – 6 sentyabrda keçirilməli idi.