Üzgüçülərimiz beynəlxalq turnirin 3-cü günündə də medallar qazanıblar (FOTO)

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Çexiyanın
Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışlarını
davam etdiriblər.

Yarışın 3-cü günündə bütün komanda ilə finala vəsiqə qazanmağı
bacaran komanda üzvlərindən Ramil Vəlizadə 100 metr məsafədə
batterfley üsulunda 54.52 nəticə ilə kürsünün 3 cü pilləsinə
yüksəlib və bürünc medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasiyasını mətbuat xidmətindən
AzerTimes-a verilən məlumata görə,
100 mert batterfley üsulunda finala vəsiqə qazanan Məryəm
Şeyxəlizadəxangah isə 1.02.25 nəticə ilə güclülər sırasında ilk
üçlükdə yer alıb və sayca 3-ci bürünc medalı qazanıb.

Məlumat üçün bildirək ki, hazırda millimizin aktivində 5 medal
var.

Teqlər: