Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 18 sentyabr Milli Musiqi Günü ilə bağlı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Hadrutda işlədiyi məktəbdən videohekayə hazırlayıb.
AzerTimes xəbər verir ki, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun təqdim etdiyi videohekayədə 1904-ci ilin sentyabrında Qori Müəllimlər Seminariyasının məzunu, 19 yaşlı Üzeyir Hacıbəyovun Hadrut kənd məktəbində müəllim kimi fəaliyyət göstərməsinə diqqət çəkilib.
Tarixi məktəbin işğal illərində dağıdılması da videoda əksini tapıb.