Üzərində mobil telefon gizlədən 4 nəfər imtahandan xaric edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün 4 nəfər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarından xaric edilib.

Trend-in məlumatına görə, imtahan zamanı onlardan mobil telefon aşkarlanıb.

Qeyd edək ki, 29 aprel 2021-ci il tarixində Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.


Bu gün, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahan keçirilib.

Twitter: @ElchinMehdiyev

Teqlər: