Üzdəniraq düşmən atəşkəs istəyib, yenə atəşkəsi pozdu

Üzdəniraq düşmən atəşkəs istəyib, yenə atəşkəsi pozdu

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Bu gün – oktyabrın 18-də saat 00:05-dən 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.