Üz dərimizdə məskunlaşan “qəşəng” gənələr

Üz dərimizdə məskunlaşan “qəşəng” gənələr

Dermatoloqlar insan üzündə məskunlaşıb yaşayan mikroskopik ölçüdə – 0,3 mm uzunluğunda canlıların olduğunu aşkar ediblər.

AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Dermodeks follikulorum” adlandırılan məsamə təmizləyən gənələr gecələr öz gizləndikləri yeri tərk edərək yeni dəri follikulunu tapır, partnyorla tanış olur və cütləşir.

Onlar dəridə heç vaxt yuyula bilməyəcək qədər dərində yaşayırlar: bütün üz yuma vasitələrini götürüb dərinizin hər qarışını ovuşdursanız da, onların olduğu nahiyələrə çata bilməyəcəksiniz.

Tədqiqatın müəllifi Redinq Universitetindən Alexandra Perotti deyir ki, gənələr üz dərimizi “ev” seçdikləri üçün onlara minnətdar olmalıyıq:

“Onlar çox kiçik və qəşəngdirlər. Narahat olacaq heç bir şey yoxdur. Onlar məsamələrimizi təmizləyir və sağlam saxlayırlar. Onlar sağlam dəri göstəricisidir, ona görə də biz onları itirsək, dərimizlə bağlı problemlərlə üzləşə bilərik”.

Teqlər: