Çinin Sincan-Uyğur bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Çin zəlzələ şəbəkələri mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanın episentri bölgənin şimalındakı Aksu vilayətinin Şayar rayonunda olub.
Zəlzələ yerin 50 kilometr dərinliyində qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.