Ali Rada Vasili Malyuku Ukrayna Təhlükəsizlik Xidmətinə yeni rəhbər vəzifəsinə təsdiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, Malyukun lehinə 324 deputat səs verib.
Qeyd edək ki, Malyuk bu vəzifədə 2022-ci ilin iyulunda istefa verən İvan Bakanovu əvəz edib.