UTX-nin polkovniki intihar etdi

UTX-nin polkovniki intihar etdi

Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi rabitə şöbəsinin rəisi, polkovnik Dmitri Bakayev intihar edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” saytı məlumat yayıb.

Məlumata görə, polkovnikin meyiti iş yerində tapılıb. Onun yanında Təhlükəsizlik Xidmətinin rəisi Vasili Malyukun adına yazılmış protokol şəklində qeyd aşkarlanıb.

Məlumata görə, hazırda istintaq intiharın səbəblərini müəyyənləşdirir. Artıq qurumun bir neçə əməkdaşı dindirilib.

Teqlər: