Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş Şurası təşkilatın baş direktorun təyin edilməsi ilə bağlı 15 fevralda xüsusi iclas keçirəcək.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ÜTT-nin Cenevrədəki qərargahı məlumat verib.
Xatırladaq ki, təşkilatın baş direktor vəzifəsi qurumun keçmiş rəhbəri Robert Azevedin səlahiyyətlərini müddəti bitmədən öncə tərk etdiyi 31 avqustdan boş qalıb.