Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə danışdı

Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə danışdı

2022-ci il sentyabrın 14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.

Bu barədə AzerTimes-a Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətindən məlumat verilib.

O, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

R.Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.

Teqlər: