ÜST yüngül və orta dərəcəli COVID-19-un müalicəsi üçün tövsiyələr verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nirmatrelvir və ritonavir
dərmanlarını ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələrdə
yüngül və orta dərəcədə koronavirusun müalicəsi üçün tövsiyə
edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər
verib.

Qeyd olunub ki, bu tövsiyə 3000-dən çox xəstə ilə aparılan iki
tibbi araşdırmaya əsaslanıb:

“ÜST xəstəxanaya yerləşdirmə riski yüksək olan yüngül və orta
dərəcəli COVID-19 xəstələri üçün “Paxlovid” adı altında satılan
nirmatrelvir və ritonaviri şiddətlə tövsiyə edib”. Təşkilatdan
bildiriblər ki, bu dərman ağır xəstəliyin inkişaf riski yüksək olan
xəstələr, o cümlədən peyvənd olunmayanlar, həmçinin yaşlı insanlar
və immuniteti zəif olanlar üçün “hazırda ən yaxşı terapiya
seçimidir”.

Tədqiqatlar göstərib ki, bu dərmanı qəbul etmək xəstəxanaya
yerləşdirmə riskini 85% azaldır. Bununla belə, ÜST “aşağı riskli”
xəstələrdə nirmatrelvir və ritonavir qəbul etməməyi tövsiyə edir,
çünki tədqiqatlar bu halda bu dərmanın faydasının “cüzi” olduğunu
göstərib.

Teqlər: