ÜST yeni və təhlükəli virusun yaranmasıyla bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini koronavirus pandemiyasından nəticə çıxarmalı olduğunu qeyd eərək, yeni təhdidlərə hazır olmağa çağırıb.

Trend xəbər verir ki, baş direktor bildirib ki, nə vaxtsa bizim sadəcə saxlaya bilməyəcəyimiz başqa bir virus olacaq.

“Dünyada müxtəlif ölkələrin sakinləri üçün peyvəndlərə bərabər çıxış yoxdur. Hazırda dünya əhalisinin 36%-i COVİD-19-a qarşı tam peyvənd olunub, Afrikada isə bu rəqəm cəmi 6%-dir”, – deyə o vurğulayıb.


ÜST-ün baş direktoru həmçinin G20 ölkələrinin liderlərini pandemiyaya hazırlıq və onlara cavab tədbirləri üzrə beynəlxalq sazişin yaradılmasını dəstəkləməyə çağırıb.

Teqlər: