ÜST və UNİCEF dərhal Əfqanıstana humanitar yardımın çatdırılmasını tələb edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) beynəlxalq ictimaiyyəti Əfqanıstanın ehtiyacı olan əhalisinə humanitar yüklərin hava yolu ilə çatdırılmasını dərhal təşkil etməyə çağırdı.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə iki təşkilatın Cenevrədə yayılan birgə bəyanatlarında deyilir.

“ÜST və UNICEF Əfqanıstana yardımların sabit və maneəsiz çatdırılması üçün humanitar hava dəhlizinin dərhal açılmasını tələb edir”, – sənəddə deyilir. Hər iki təşkilat hazırda kommersiya reysi ilə uçan heç bir təyyarənin Kabilə enməsinə icazə verilmədiyindən ölkəyə lazımi materialları çatdıra bilmir.


Bəyanatda deyilir ki, digər humanitar təşkilatlar da oxşar problemlərlə üzləşirlər.

Teqlər: