ÜST-ün baş direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Xəbər - Orxan Nəbiyev -Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

AzerTimes-ın məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

ÜST-ün baş direktoru bildirib: “Hörmətli cənab Prezident, BMT İnsan Haqları Şurasında COVID-19 vaksinlərinə bərabər, əlçatan və qlobal çıxış imkanları üçün çağırışlarda təşəbbüsünüzə görə sizə təşəkkür edirəm. Mən razılaşıram ki, vaksinlərin ədalətli paylanması üçün daha çox iş görməliyik. Vaksin və sağlamlıqda bərabərlik üçün birlik zamanıdır”.

Teqlər: