ÜST Ukraynaya 36 tondan çox humanitar tibbi yardım çatdırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynaya 36 tondan çox
humanitar tibbi yardım çatdırıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ÜST-nin Avropa
üzrə regional direktoru Hans Klüqe bildiirb.

“36 metrik tondan çox humanitar tibbi yardım daşıyan yük
maşınlarımız Lvova gəlib”, – deyə o yazıb.

H.Klüqe qeyd edib ki, dərmanlar ölkənin hərbi əməliyyatlardan
zərər çəkən bölgələrinə göndəriləcək.