Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın koronavirusa qarşı “Sputnik V” vaksinin təcili istifadə üçün yenidən ixtisaslaşma prosedurunu bərpa edib.
AzerTimes-ın məlumatına görə, bu barədə təşkilatın COVID-19-un profilaktikası üçün dərman vasitələrinin təsdiqi üzrə reyestrində bildirilib.
Bildirilib ki, proses bərpa olunub, onun tamamlanması gözlənilir.
Qeyd olunub ki, prosedurun gözlənilən başa çatma tarixi bütün lazımi məlumatların ÜST-ə ötürülməsindən və sonrakı yoxlamanın başa çatmasından sonra təyin olunacaq.