ÜST “Sinopharm” peyvəndini təcili istifadə üçün tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin istehsal etdiyi “Sinopharm” koronavirusa qarşı vaksinini təcili istifadə üçün tövsiyə edib.

AzerTimes-ın məlumatına görə, bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: “Bu gün ÜST Pekinin “Sinopharm” vaksinini COVİD-19-a qarşı təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib. “Sinopharm” ÜST-nin təhlükəsizlik, effektivlik və keyfiyyət sertifikatını almış altıncı peyvənd oldu”.


Onun sözlərinə görə, bu addım beynəlxalq COVAX mexanizmi vasitəsi ilə satın alına bilən COVİD-19-a qarşı immunizasiya üçün dərmanların siyahısını genişləndirdi.