ÜST sədrindən Qəzza açıqlaması: Əlaqəmiz kəsildi!

ÜST sədrindən Qəzza açıqlaması: Əlaqəmiz kəsildi!

Qəzzanın sıx bombardmana məruz qalması xəbəri son dərəcə üzücüdür.

AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus X hesabında yazıb.

“Belə olan halda xəstələrin təxliyəsi və ya təhlükəsiz sığınacaq tapması mümkün görünmür. Elektrik enerjisinin kəsilməsi də təcili yardım maşınlarının yaralılara çatmasını mümkünsüz edir. İşçilərimiz və səhiyyə müəssisələrimizlə hələ də əlaqəmiz yoxdur və mən onların təhlükəsizliyindən narahatam”, – ÜST sədri bildirib.

Teqlər: