Ümumdünya Səhiyyə Təşkilatı Pfizer və AstraZeneca koronavirus peyvəndlərinin “omiсron” ştammına qarşı effektivliyinin aşağı olduğunu qeyd edib.
Trend xəbər verir ki, bu barədə təşkilat britaniyalı alimlərin apardığı araşdırmaya istinadən məlumat yayıb.
“İngiltərədə aparılan tədqiqatların nəticələri Pfizer-BioNTech Comirnaty və ya AstraZeneca Vaxzevria-nın iki dozasından sonra “Delta” ilə müqayisədə “Omicron” ştammına qarşı peyvəndlərin effektivliyinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir”, – deyə təşkilatın bəyanatında bildirilir.
Bununla belə, qeyd olunur ki, Pfizer peyvəndinin gücləndirici dozasının qəbulundan sonra “omicrona” daha effektiv müqavimət müşahidə olunur.