Ötən həftə ərzində dünyada yeni növ koronavirusdan (COVİD-19) rekord sayda ölüm halı qeydə alınıb.
AzerTimes-ın Ümumidünya Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 25-dən 31-nə qədər yeni koronavirusa 3 686 110 nəfər yoluxub, 96 364 nəfər isə vəfat edib.
Məlumata əsasən, 1,25 milyon yoluxma və 36 min ölüm halı Avropa regionunda, 1,8 milyon yoluxma və 47 min ölüm halı Şimali və Cənubi Amerikada, 200 min yoluxma və 3 min ölüm halı isə Cənub-Şərqi Asiyada qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.