Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən
daha yoluxucu olma ehtimalı olan yeni ştammlarının ortaya
çıxacağını gözləyir.
Trend xəbər verir ki, bunu ÜST-nin eksperti Mariya van Kerkxove
təşkilatın “Twitter” səhifəsində yayımlanan sual-cavab seansında
deyib.
“Koronavirusun daha çox variantının müəyyən ediləcəyini və daha
yoluxucu olma ehtimalını gözləyirik”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu ştammlarda yoluxma xəstəliyin daha ağır
gedişinə gətirib çıxarıb-şıxarmıyacağını mütəxəssislər hələ
bilmir.
Bununla bağlı ekspert hələ peyvənd olunmayan hər kəsi
koronavirusa qarşı peyvənd olunmağa çağırıb.