ÜST koronavirusla birləşmiş üsulla mübarizə aparmağın tərəfdarıdır – Regional direktor

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla birləşmiş üsulla
mübarizə aparmağın tərəfdarıdır.

Bunu Bakıda səfərdə olan ÜST-ün Avropa regional bürosunun
direktoru Hans Henri Klüge Trend-in sualını cavablandırarkən deyib.

“Koronavirus əleyhinə vaksinlərin müalicəvi preparatlarla əvəz
olunması barədə danışarkən, biz hesab edirik ki, pandmiya ilə
mübarizənin ən yaxşı üsulu dərmanların vaksinlərlə birgə tətbiq
oluna biləcəyi üsul yaratmaqdır”, – H.Klüge deyib.

O əlavə edib ki, əvvəllər pandemiya bir neçə dəfə qayıtdığı üçün
bu dəfə də diqqətli olmalıyıq və bununla bütün mümükün preventiv
tədbirləri görməliyik.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: