ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı fövqəladə komitənin iclasında dünyada COVID-19-la bağlı vəziyyəti müzakirə edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən açıqlama verilib.

Məlumata görə, növbəti iclas 2020-ci ilin 22 yanvarından bu günə kimi keçirilən altıncı toplantı olacaq. İclasın nəticələrinə əsasən ÜST-ün baş direktoruna və üzv ökələrə vəziyyətin nizama salınması üzrə tövsiyələr veriləcək.

www.yenicag.az