ÜST koronavirusa qarşı yeni vaksinlərin yaradılmasını dəstəkləyib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusa qarşı peyvəndin tərkibinə dair texniki məsləhət qrupu koronavirusun və onun yayılmasının profilaktikası üçün əlavə dərmanların hazırlanmasını zəruri hesab edir.

AzerTimes-ın məlumatına görə, bu barədə təşkilatın saytında qeyd olunub.

“Bu cür dərmanlar əlçatan olmayana qədər və SARS-CoV-2 inkişaf etdikcə, mövcud COVID-19-a qarşı vaksinlərin yenilənməsi tələb oluna bilər”, – deyə məlumatda bildirilib.


Qrup qeyd edib ki, dərmanlar ÜST meyarlarına cavab vermək üçün genetik və antigenik olaraq koronavirusun hazırda dövriyyədə olan variantına yaxın olan ştamlara əsaslanmalıdır.

Teqlər: